Həmsədrlər bundan nəticə çıxarmalıdır - XİN

Həmsədrlər bundan nəticə çıxarmalıdır - XİN

Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığı var, bunun da kökündə Dağlıq Qarabağ münaqişəsi durur.

Bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda beynəlxalq ictimai forumda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi" mövzusunda məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, atəşkəs münaqişənin sülh yolu ilə həllinə zəmin yaratmalı idi: "Ancaq Ermənistan atəşkəsdən süni amil kimi istifadə edir. Yaranmış vəziyyət səngər müharibəsini, İkinci Dünya Müharibəsini xatırladır. Ermənistanın strategiyası 25 ildə dəyişməyib, torpaqlarımızı işğalda saxlamağa çalışır. Çalışır ki, tərəflərin danışıqları yalnız protokol xarakter daşısın. Azərbaycan substansiv, mahiyyətli danışıqlar aparılmasına çalışır. Son Sankt-Preterburq görüşündə də prezidentlər arasında substansiv danışıqlar aparıldı. İlk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır".

XİN mətbuat katibi bildirib ki, Azərbaycan 25 ildə böyük humanitar fəlakətlə üzləşib, 1 milyon qaçqın və məcburi köçkün var: "Status-kvo ilk növbədə hərbi işğal faktına əsaslanır. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona yenə də səfər etdi. Həmsədrlərin regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var, onlar bundan nəticə çıxarmalıdırlar. Həmsədrlərin fəaliyyətini dəstəkləsək də, yekun olaraq nəticə var. Onların bəyanatında tərəflər substansiv danışıqlara və siyasi iradəyə çağırıldı. Ermənistan tərəfi bunu nəzərə almalıdır. Ermənistan rəsmilərinin son bəyanatları da göstərir ki, Ermənistan konstruktiv mövqe tutmur. Dünən ABŞ Dövlət Departamenti də tərəfli substansivı danışıqlara çağırdı. Helsinki yekun aktında tərəflərin güc tətbiq etməməsi, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etməsi əksini tapıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə olması güc təhdiddir. Azərbaycan icması Dağlıq Qarabağa geri qayıtmalıdır. Dağlıq Qarabağın statusu Azərbaycan icmasının geri qayıtmasından sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ermənistan bunu başa düşməlidir. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq". (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...