"Atropatena e.ə. IV əsrdə deyil, e.ə. VII əsrdə yaranıb" - Tarixçi

"Atropatena e.ə. IV əsrdə deyil, e.ə. VII əsrdə yaranıb" - Tarixçi
Kateqoriya məlum deyil
T

Azərbaycan Media və Yayım Şurasında tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə Azərbaycan tarixinin təhrif olunmuş səhifələri və informasiya mübarizəsində elmin rolu müzakirə olunub.

Tarixçi H.Həsənov çıxışında bildirib ki, Sovet dövründən Azərbaycan tarixşünaslığına daxil edilmiş Atropatenanın e.ə. IV əsrdə, Makedoniyalı İsgəndərin imperiyasının dağılmasından sonra yaranması fikri yanlışdır.

Onun sözlərinə görə, antik mənbələr, o cümlədən Ammian Marsellin, Polibi və Kuint Kursi Rufun əsərləri Atropatena dövlətinin e.ə. VII əsrdə, Assuriya imperiyasının süqutu dövründə yarandığını göstərir:

"Qafqaz Albaniyasının müstəqil dövlət kimi e.ə. IV əsrdə meydana çıxması barədə fikirlər də tarixi mənbələrlə təsdiqlənmir. Albaniya e.ə. I əsrdə, e.ə. 66-cı ildə Roma sərkərdəsi Pompeyin yürüşü zamanı tarix səhnəsində görünür və bundan əvvəlki dövrdə Alban torpaqları və əhalisi Atropatenanın tərkibində olub".

Tarixçi söyləyib ki, e.ə. 612-ci ildə Atropatena yarandığı dövrdə fars dili və erməni dövlətinin mövcudluğu barədə irəli sürülən iddialar tarixi reallıqla uzlaşmır. O, Albansoylu tayfaların mənşəyi ilə bağlı Çin və Qazaxıstan mənbələrindəki “Alban” tayfa adlarına da diqqət çəkib.

H.Həsənov bu mövzu ilə bağlı çıxışının sonunda mediaya və gənc tədqiqatçılara müraciət edərək informasiya mübarizəsində ilkin antik mənbələrə və elmi faktlara əsaslanmağın vacibliyini vurğulayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR