“44” filminin premyera tarixi açıqlandı - FOTOLAR

“44” filminin premyera tarixi açıqlandı - FOTOLAR
Kateqoriya məlum deyil
T

Vətən müharibəsindən bəhs edən “44” bədii filminin çoxdan gözlənilən premyerasının vaxtı açıqlanıb.

Sfera.az xəbər verir ki, filmin premyerası 1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov paylaşım edib.

Premyeradan sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.

A.Ələkbərov həmçinin bildirib ki, filmin premyerası ərəfəsində 12 tizer hazırlanıb və onlar qarşıdakı həftələr ərzində təqdim olunacaq.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR