Logo

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakının Binəqədi rayonunda Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, Xəzər rayonunda Türkan–Hövsan şossesində, həmçinin Suraxanı rayonunda Elzar Yusubov küçəsində təmir işləri aparılır.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq.

Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən bu müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq — foto 1
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq — foto 2
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq — foto 3
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq — foto 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR