Yağıntılı hava davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava davam edəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Avqustun son günləri ölkədə küləkli və yağıntılı hava şəraiti müşahidə olunub. Yay ayının son günlərində müşahidə olunan yağışın və soyuq havanın nə vaxta kimi müşahidə olunacağı isə sual altındadır.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Sfera.az-a açıqlamasında bildirib ki, sabah, yəni sentyabrın 1-də səhər saatlarından yağıntılar tədricən kəsiləcək:

“Gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Əvvəlcə güclənən şimal-qərb küləyi sentyabrın 1-i gündüz saatlarından zəifləyəcək. Havanın maksimal temperaturunun 23-26°C olacağı gözlənilir. Bölgələrdə də avqustun 31-də və yaxın iki gün ərzində – sentyabrın 1-i və 2-də yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur”.

G.Məmmədova sentyabrn 2-si yağıntıların tədricən kəsiləcəyini açıqlayıb:

“Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna olunmur. Sentyabrın 2-si axşam saatlarından yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu aran rayonlarında 25-30°, dağlıq ərazilərdə isə 18-23° olacaq. Bu gün isə Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, yağıntıların leysan xarakterli və intensiv olacağı ehtimal olunur”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR