Logo

Müdafiə naziri HHQ Təlim Mərkəzində

Müdafiə naziri HHQ Təlim Mərkəzində
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi iyunun 7-də Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzlərindən birində olub.

MN-dən Sfera.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov pilot və texniki heyətlə görüşüb, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlanıb, aerodrom-texniki avadanlıqlar, trenajor və simulyasiya siniflərinə baxış keçirib.

Müdafiə naziri təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR