Logo

Bakıda bu yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda bu yollarda hərəkət tam məhdudlaşdırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yasamal rayonu "Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir.

"Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Sfera.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabahdan etibarən sözügedən küçə və prospektlə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR