Logo

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyunun 6-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi  ilə əvəz olunacaq.

ETSN-dən Sfera.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 16-19° isti, gündüz  25-30° isti, Bakıda gecə  17-19° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  764 mm civə sütunu, nisbi rütubət  gecə 70-75 %, gündüz 50-55 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi  qıraq qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR