Əfqan Muxtarlının həbsi ilə bağlı – Rəsmi açıqlama

Əfqan Muxtarlının həbsi ilə bağlı – Rəsmi açıqlama

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğu jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumatda bildirilib ki, 1974-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, "Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb.

Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub.

31 may 2017-ci il tarixdə Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Minlərlə azərbaycanlı 4 ölkəni “tərk edir” – Vəziyyət kəskin dəyişdi

Azərbaycanlı turistlərin yay istirahəti üçün seçdiyi istiqamətlər dəyişir. Məsələn, iki il əvvələ qədər vətəndaşlar Türkiyənin İstanbul, Gürcüstanın Batumi şəhə...

Azərbaycanda istilər bu tarixədək davam edəcək

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq...

Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer açıqlandı

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin...

Cüdoçularımız Avropada 4 medal qazandılar

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kuboku start götürüb.   Azərbaycan Cüdo Federasiyasından Sfera.az-a verilən məl...

Dövlət qulluğu üzrə imtahan keçirildi

Dövlət İmtahan Mərkəzi 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələ...

Yazıçı Elçin vəfat etdi

Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikas...