Müdafiə naziri NATO generalı ilə görüşdü

Müdafiə naziri NATO generalı ilə görüşdü

Mayın 31-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Türkiyənin İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun ilə görüşüb.

 

Müdafiə Nazirliyindən Sfera.az-a bildirilib ki, görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığı, ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə, təhlükəsizlik məsələləri, regionda baş verən hərbi-siyasi proseslər və digər mövzular ilə bağlı müzakirələr aparılıb.


Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan E. Uzun Azərbaycan Silahlı Qüvvələrinin NATO və tərəfdaş dövlətlərlə uzlaşma səylərini, həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin verdiyi töhfəni yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Minlərlə azərbaycanlı 4 ölkəni “tərk edir” – Vəziyyət kəskin dəyişdi

Azərbaycanlı turistlərin yay istirahəti üçün seçdiyi istiqamətlər dəyişir. Məsələn, iki il əvvələ qədər vətəndaşlar Türkiyənin İstanbul, Gürcüstanın Batumi şəhə...

Azərbaycanda istilər bu tarixədək davam edəcək

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq...

Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer açıqlandı

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin...

Cüdoçularımız Avropada 4 medal qazandılar

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kuboku start götürüb.   Azərbaycan Cüdo Federasiyasından Sfera.az-a verilən məl...

Dövlət qulluğu üzrə imtahan keçirildi

Dövlət İmtahan Mərkəzi 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələ...

Yazıçı Elçin vəfat etdi

Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikas...