Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, mayın 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Bakıda gecə 15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Mayın 31-də Abşeron yarımadasında komfort temperatur rejiminə yaxın hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, iyunun 01-də arabir güclənən xəzri küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçkəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Mayın 31-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 3-ü axşamadək davam edəcək.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Minlərlə azərbaycanlı 4 ölkəni “tərk edir” – Vəziyyət kəskin dəyişdi

Azərbaycanlı turistlərin yay istirahəti üçün seçdiyi istiqamətlər dəyişir. Məsələn, iki il əvvələ qədər vətəndaşlar Türkiyənin İstanbul, Gürcüstanın Batumi şəhə...

Azərbaycanda istilər bu tarixədək davam edəcək

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq...

Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer açıqlandı

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin...

Cüdoçularımız Avropada 4 medal qazandılar

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kuboku start götürüb.   Azərbaycan Cüdo Federasiyasından Sfera.az-a verilən məl...

Dövlət qulluğu üzrə imtahan keçirildi

Dövlət İmtahan Mərkəzi 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələ...

Yazıçı Elçin vəfat etdi

Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikas...