Telefonlar BAHALAŞACAQ

Telefonlar BAHALAŞACAQ
Kateqoriya məlum deyil
T

ABŞ-nin texnologiya nəhəngi “Qualcomm” yeni nəsil mobil prosessorlarının qiymətlərini artıracağını açıqlayıb. Şirkət bu qərarı artan istehsal və tədarük xərcləri, eləcə də qlobal smartfon bazarında tələbin zəifləməsi ilə əlaqələndirib.


Sfera.az xəbər verir ki, qəraraa əsasən, “Snapdragon 8 Elite Gen 6” və “Snapdragon 8 Elite Gen 6 Pro” prosessorlarının qiymətlərində ikirəqəmli faizlə ifadə olunan artım gözlənilir.


Bildirilib ki, bahalaşmanın əsas səbəblərindən biri TSMC şirkətinin 2 nanometrlik çip lövhələrinin istehsal xərclərinin yüksəlməsi, həmçinin qlobal smartfon bazarında satışların zəifləməsidir. Yeni qiymətlər 1 sentyabrdan sonra göndəriləcək məhsullara şamil ediləcək və sentyabrın 22-də keçiriləcək “Snapdragon Summit” tədbirində rəsmən təsdiqlənəcəyi gözlənilir.


Məlumata görə, San-Dieqo mərkəzli şirkət uzun müddət tədarükçülərin artan xərclərini öz hesabına qarşılamağa çalışsa da, alternativ həll yolları nəticə verməyib. Yaddaş bazarında yaşanan böhran və smartfonlara tələbin azalması qiymət artımını qaçılmaz edib.


İddialara əsasən, “Snapdragon 8 Elite Gen 6 Pro” modelinin qiyməti 300 dolları ötə bilər. LPDDR6 operativ yaddaş və UFS 5.0 yaddaş texnologiyası ilə birlikdə bu platformanın smartfon istehsalçılarına ümumi dəyərinin təxminən 600 dollara çatacağı proqnozlaşdırılıb. Standart Snapdragon 8 Elite Gen 6 modelində isə nisbətən daha münasib qiymət siyasətinin tətbiq ediləcəyi bildirilib.


Şirkət bazar şərtlərinə uyğunlaşmaq məqsədilə 2 və 3 nanometrlik texnologiyalara əsaslanan dörd yeni çipset təqdim etməyə hazırlaşır.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR