Rusiya Ədliyyə Nazirliyi bizə qarşı… - ÜAK-dan bəyanat

2017-ci il mayın 15-də Rusiya Ali Məhkəməsi Azərbaycan diasporunun ən böyük təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi haqqında görünməmiş qərar qəbul etdi.
Sfera.az xəbər verir ki, bu sözləri Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti, professor Fazil Qurbanov konqresin ləğvi qərarı haqda olan bəyanatında deyib.
"Bu təşkilat öz sıralarında Rusiyanın demək olar ki, bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən qurumdur, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin və Azərbaycan Prezidenti Heydər Əlirza Oğlu Əliyevin təşəbbüsü ilə 2001-ci ildə yaradılıb.
Fəaliyyət göstərdiyi 16 il ərzində təşkilat Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsi və inkişafı, Rusiyada millətlərarası həmrəyliyin və vətəndaş sülhünün möhkəmlənməsinə kömək göstərilməsində böyük rol oynayıb.
Təşkilatın fəaliyyətində mühüm yerlərdən birini də soydaşlarımızın Rusiya Federasiyası qanun, adət və mədəniyyətinə adaptasiyasına nail olmaq tuturdu”.
Prezident ötən illər ərzində təşkilatın fəaliyyətində bəzi səhvlərə yol verildiyini, sənədləşmə işlərinə məsuliyyətsiz yanaşmaların olduğunu vurğulayıb:
"Məsələn, 2016-cı ildə 25 noyabrda baş tutmalı olan görüş noyabrın 26-na keçirilmişdi və sairə".
Rusiya Ədliyyə Nazirliyi ilə qarşıdurma yaşandığını və nazirliyin hər bir vəchlə sözügedən qurumu ləğv etməyi özünə məqsəd qoyduğunu bildirən qurum prezidenti bəyanatının sonunda Rusiyanın ali siyasi rəhbərliyindən və Rusiya Federasiyası Prezidenti Vladimir Putindən məsələni diqqət mərkəzində saxlamağı xahiş edir.