Ermənilərlə insident zamanı saxlanılan azərbaycanlılar sərbəst buraxıldı

Ermənilərlə insident zamanı saxlanılan azərbaycanlılar sərbəst buraxıldı
"Sankt-Peterburq şəhərində 9 may Qələbə günü münasibəti ilə keçirilən "Ölməz alay" (Bessmertnıy polk) yürüşündəki insident zamanı saxlanılan azərbaycanlılar sərbəst buraxılıb".

Sfera.az  xəbər verir ki, bunu APA-ya Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
 
Onun sözlərinə görə, yürüş zamanı ermənilər təxribata əl atıb: "Onlar qondarma rejimin bayrağını əllərində tutaraq şüarlar səsləndiriblər. Bunu azərbaycanlı gənclər görüblər. Onlar yürüşün mühafizəsini təşkil edən OMON-a və polisə qondarma "DQR"in bayrağının yığışdırılması üçün müraciət ediblər. Lakin buna məhəl qoyulmayıb. Bundan sonra azərbaycanlı gənclər ermənilərin əlindən həmin bayraqları alıblar. Bu zaman onların arasında dava düşüb. Hadisəyə dərhal polis müdaxilə edib. 10 nəfər həmyerlimiz polis bölmələrinə aparılıb".
 
S. Qasımov konsulluq əməkdaşlarının dünən məsələ ilə məşğul olduqlarını söyləyib: "Müdaxiləmiz nəticəsində polis bölmələrinə aparılan gənclər sərbəst buraxılıb".
 
Baş konsul ermənilərin törətdiyi təxribatla bağlı şəhər rəhbərliyinə və müvafiq orqanlara müraciət edildiyini də vurğulayıb.
 
Qeyd edək ki, oxşar hadisə dünən Moskvada da baş verib. "Ölməz alay" adlı aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq "Artsax" deyə qışqırıblar. "Belarusskaya" metrostansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb. Azərbaycanlı gənc diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb ediblər. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb. Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər. 

OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...