Kənd kitabxanaları ləğv oluna bilər, əvəzində isə...

Kənd kitabxanaları ləğv oluna bilər, əvəzində isə...
Kateqoriya məlum deyil
T

Azərbaycanda kitabxana sisteminin optimallaşdırılması çərçivəsində yeni xidmət modeli hazırlanıb.

 

Sfera.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov ictimai müzakirələr zamanı açıqlayıb.

 

Onun sözlərinə görə, yeni model altı əsas istiqaməti əhatə edir. Bunlara qanunvericiliyin yenilənməsi, yeni ictimai kitabxanaların yaradılması, kitab fondlarının yenilənməsi, rəqəmsallaşma, kadr hazırlığı və Səyyar Kitabxana layihəsi daxildir.

 

F.Cəfərov bildirib ki, gələcəkdə bütün şəhər və rayon mərkəzlərində müasir ictimai kitabxanaların yaradılması nəzərdə tutulur.

 

Bundan əlavə, ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyi şəhərlərdə akademik kitabxanalar, bəzi yaşayış məntəqələrində isə uşaq kitabxanaları yaradılacaq.

 

Nazir müavini qeyd edib ki, Səyyar Kitabxana layihəsi vasitəsilə həftənin bütün günləri kənd və qəsəbələrdə kitabxana xidmətləri göstəriləcək.

 

"Bu mexanizm kitabların və informasiya resurslarının ən ucqar yaşayış məntəqələrinə çatdırılmasına imkan verəcək", - o vurğulayıb.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ