“Bakı Baş Planı yeni, çoxmərkəzli şəhər modelinin nümunəsidir”

"Bakı Baş Planı yeni, çoxmərkəzli şəhər modelinin nümunəsidir"
Kateqoriya məlum deyil
T

"2018-ci ildə Baku Master Planının ilkin mərhələsinin hazırlanmasında iştirak edən BCG komandası bu gün şəhərdə baş verən inkişafı böyük qürurla izləyir".

 

Sfera.az xəbər verir ki, bunu Boston Consulting Group-un Boston Consulting Group nümayəndəsi Ekaterina Shapochka Bakı Baş Planı ilə bağlı keçirilən paneldə çıxış edərkən bildirib.

 

Onun sözlərinə görə, Bakı Baş Planı paytaxtın daha çox mərkəzli (polisentik), insan yönümlü və yaxşı əlaqələndirilmiş şəhər modelinə keçidini formalaşdırır. Shapochka qeyd edib ki, tək mərkəzli şəhərlər imkanları bir nöqtədə topladığı halda, sosial və iqtisadi təzyiqi bütün şəhərə yayır. Onun fikrincə, çoxmərkəzli inkişaf artıq seçim deyil, müasir şəhərlər üçün zərurətə çevrilib. Bu model həm dayanıqlılığı artırır, həm də şəhərlərin istilik dalğaları kimi problemlərə qarşı daha davamlı olmasına şərait yaradır.

 

O əlavə edib ki, aparılan tədqiqatlara görə, çoxmərkəzli şəhərlərdə gündüz və gecə temperaturu 5-25 faizədək azala bilər ki, bu da şəhər dayanıqlılığı üçün mühüm göstəricidir. Çıxışda həmçinin vurğulanıb ki, bu model insanların gündəlik həyatına da təsir edir, onlara vaxt qazandırır və uzun yolçuluq və tıxacların yaratdığı yükü azaldır. Bu yanaşma “insan mərkəzli şəhər” konsepsiyasının əsasını təşkil edir.

 

Ekaterina Shapochka iqtisadi inkişafla bağlı olaraq bildirib ki, çoxmərkəzli şəhərlər yeni iqtisadi zonaların formalaşmasını təşviq edir. O, Londonun King’s Cross, Canary Wharf və Battersea kimi ərazilərini nümunə göstərərək qeyd edib ki, bu tip ərazilər həm yaşayış, həm də innovasiya mərkəzlərinə çevrilə bilər. Onun sözlərinə görə, Bakı Baş Planında da bu yanaşma müşahidə olunur və şəhərin müxtəlif zonalarının – liman ərazisi, Abşeron kimi yeni yaşayış sahələrinin – iqtisadi mərkəzlərlə daha sıx inteqrasiyası vacibdir.

 

Çıxışın davamında o, data əsaslı şəhər planlaşdırılmasına da toxunub. Bildirib ki, müasir şəhərsalma artıq sabit sənəd deyil, real vaxt məlumatları ilə daim yenilənən dinamik sistemə çevrilir. Bu isə daha çevik və effektiv qərarverməni mümkün edir. Shapochka əlavə edib ki, süni intellekt və rəqəmsal “digital twin” texnologiyaları şəhər planlamasında yeni mərhələnin əsasını qoyur. Onun sözlərinə görə, Bakı artıq bu sahədə nümunə göstərən şəhərlərdən biridir və mobillik planlamasında süni intellekt əsaslı rəqəmsal əkizdən istifadə edir. Sonda o, Bakı Baş Planında iştirak edən bütün tərəflərə təşəkkür edib və şəhərin gələcək inkişafı üçün bu yanaşmanın mühüm rol oynayacağını vurğulayıb.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ