“Tariximizin qəhrəmanlıq salnaməsi və Suverenliyə aparan yol” filminin çəkilişləri yekunlaşdı - FOTOLAR

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Tariximizin qəhrəmanlıq salnaməsi və suverenliyə aparan yol” adlı film layihəsinin çəkilişlərini yekunlaşdırıb və filmin montajı başa çatıb.
Sfera.az bildirir ki, filmin çəkilişləri Göyçay və Qəbələ rayonlarında həyata keçirilib.
Film qəhrəmanların həyatı, döyüş yolu və ailələrinin xatirələri üzərində qurularaq onların vətənə olan sonsuz sevgisini və fədakarlığını nümayiş etdirir.
Qeyd olunan filmi ərsəyə gətirməklə qəhrəman şəhidlərimizin keçdiyi şərəfli döyüş yollarını, xatirələrini yad etmək, igidlik göstərmiş qəhrəmanlarımızı təbliğ etmək və onları yaddaşlarda yaşatmaqdır.
Bildirmək istərdik ki, II Qarabağ müharibəsində Göyçay və Qəbələ rayonlarından minlərlə əsgər və zabit qəhrəmanlıqlar göstərib. Onların arasında şəhidlik zirvəsinə ucalan çoxlu qəhrəmanlarımız var.








