ABŞ quru əməliyyatlarına hazırlaşır: Əsgərlər yola düşüb

ABŞ quru əməliyyatlarına hazırlaşır: Əsgərlər yola düşüb
Kateqoriya məlum deyil
T

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın Hörmüz boğazında artan fəallığından sonra Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərmək qərarına gəlib.


Sfera.az xəbər verir ki, ABŞ-nin Xarq adasına zərbələrindən sonra Pentaqon bölgəyə hərbi gəmilər və təxminən 5000 dəniz piyadası da daxil olmaqla əlavə kontingent yerləşdirir.

 

ABŞ-nin müdafiə naziri Pit Heqset Mərkəzi Komandanlığın (CENTCOM) xahişi ilə amfibiya hazırlığı üzrə işçi qrupunun və müvafiq dəniz ekspedisiya bölməsinin bölgəyə göndərilməsini təsdiqləyib.


“Wall Street Journal” qəzetinin üç rəsmi mənbəyə istinadən verdiyi məlumata görə, bölmə bir neçə hərbi gəmi və minlərlə dəniz piyadasından ibarətdir. Artıq ilk kontingentin yola düşdüyü bildirilir. Mənbələr Yaponiyada yerləşən “USS Tripoli” gəmisinin və onunla əlaqəli dəniz piyada bölməsinin hazırda Yaxın Şərqə doğru hərəkət etdiyi barədə məlumat paylaşıblar.


Pentaqon sözçüsü iddialarla bağlı şərh verməkdən imtina etsə də, bu addımın Hörmüz boğazının bağlanma təhlükəsi ilə üst-üstə düşdüyü vurğulanıb. Boğazın bağlanmasının qlobal iqtisadiyyata ciddi zərbə vuracağı, yanacaq qiymətlərini artıracağı və Prezident Donald Tramp administrasiyası üçün böyük siyasi çətinliklər yaradacağı qeyd olunur.


Digər tərəfdən, ABŞ-nin İrana hücumlarının ilk 14 günündə radar komponentləri, təyyarələr və dronlar da daxil olmaqla təxminən 3,84 milyard dollar dəyərində hərbi texnika itirdiyi təxmin edilir.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ