Fransa iki ölkəni barışdırmaq istəyir

Fransa iki ölkəni barışdırmaq istəyir
Kateqoriya məlum deyil
T

Fransa İsrail və Livan arasında Parisdə atəşkəs müzakirələrini asanlaşdırmağa hazırdır.

 

Sfera.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X”də paylaşım edib.


O, Livan rəhbərliyinin İsrail ilə birbaşa müzakirələrə açıq olduğunu və İsraili atəşkəs müzakirələrinə başlamaq, davamlı həll yolu tapmaq və Livan hakimiyyətinə Livanın suverenliyi uğrunda öhdəliklərini yerinə yetirməyə imkan vermək üçün bu fürsətdən istifadə etməyə çağırdığını söyləyir.


Makron İsraili hücumlarını, Hizbullahı isə hərəkətlərini dayandırmağa çağırıb.


"Livanın xaosa girməsinin qarşısını almaq üçün hər şey edilməlidir", - deyə o bildirib.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ