Dinc İran qurulmasının vaxtı çatıb - Netanyahu

Dinc İran qurulmasının vaxtı çatıb - Netanyahu
Kateqoriya məlum deyil
T

“Birgə hərəkətimiz cəsur İran xalqının öz taleyini öz əlinə alması üçün şərait yaradacaq”.

 

Sfera.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların başlaması ilə bağlı xalqa müraciətində deyib.


 
"Qardaşlarım və bacılarım, İsrail vətəndaşları, qısa müddət əvvəl İsrail və ABŞ İrandakı terrorçu rejimin yaratdığı mövcudluq təhlükəsini aradan qaldırmaq üçün əməliyyata başladılar. Əziz dostumuz Prezident Donald Trampa tarixi liderliyinə görə təşəkkür edirəm. 47 ildir ki, Ayətullah rejimi "İsrailə ölüm", "Amerikaya ölüm" şüarları ilə çıxış edir. Bu, qanımızı tökdü, bir çox amerikalıları öldürdü və öz xalqını qırdı. Bu qatil terrorçu rejim bütün bəşəriyyəti təhdid etməsinə imkan verəcək nüvə silahları ilə silahlanmamalıdır. Birgə hərəkətimiz cəsur İran xalqının öz taleyini öz əlinə alması üçün şərait yaradacaq".

 

Netanyahu daha sonra fikrini belə davam etdirib:

 

"İran xalqının bütün təbəqələrinin - farsların, kürdlərin, azərilərin, bəlucların və əhvazilərin zülm boyunduruğunu atıb azad və dinc bir İran qurmasının vaxtı gəlib çatıb. Sizə, İsrail vətəndaşlarına, Cəbhə Komandanlığının təlimatlarına qulaq asmağa çağırıram. Önümüzdəki günlərdə "Aslanın Nəriltisi" əməliyyatında hamımızdan dözümlülük və mətanət tələb olunacaq. Birlikdə dayanacağıq, birlikdə mübarizə aparacağıq və birlikdə İsrailin əbədiliyini təmin edəcəyik”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ