Prezidentin yüksək rütbə verdiyi Orxan Nəzərli kimdir? - Dosye

Prezidentin yüksək rütbə verdiyi Orxan Nəzərli kimdir? - Dosye
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Orxan Faiq oğlu Nəzərli 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi ilə təltif edilib.

 

Sfera.az onun haqqında olan dosyeni təqdim edir:

 

Orxan Faiq oğlu Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirmişdir.

 

Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlamış, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışmışdır.

 

2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası almışdır.

 

2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışmışdır.

 

2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra etmişdir. 

 

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

 

Ailəlidir, 3 övladı var.(mənbə:kredit.az)

PAYLAŞ