Prezidentlərin Bakıdakı parad zamanı jurnalistlərlə maraqlı dialoqu - VİDEO

Bakıda keçirilən Zəfər Günü münasibətilə təşkil olunan hərbi parad zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə qısa, diqqətçəkən dialoq yaşayıblar.
Sfera.az unikal-a istinadla xəbər verir ki, “A Haber” telekanalının yaydığı görüntülərdə jurnalistlər dövlət başçılarının nitqlərini yüksək qiymətləndirərək paradın möhtəşəm təşkil olunduğunu vurğulayıblar.
Dialoq zamanı türkiyəli jurnalistlərdən biri Prezident Ərdoğana müraciətlə:
“Cənab Prezident, xanımımın Sizə salamı var” — deyə bildirib.
Türkiyə Prezidenti isə gülümsəyərək:
“Bizdən də çoxlu salam söylə” — cavabını verib.
Söhbətə qoşulan Prezident İlham Əliyev isə jest olaraq:
“Hörmətlə, təbriklər” — deyə qarşılıq verib.
Görüntülər sosial şəbəkələrdə geniş maraqla qarşılanıb.






