Fəzail Ağamalının AĞLAMALI günləri...

Fəzail Ağamalının AĞLAMALI günləri...
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb. Məlumata görə, qurultayda partiya sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında gərginlik baş verib

 

Sfera.az bildirir ki, jurnalist Elşad Məmmədli baş verənlərə münasibət bildirib.

 

O, "Ana Vətən Partiyası" Məhdud Məsuliyyətli Cəmiyyətində, ailə podratında baş verənlərdə Fəzail Ağamalı bir ata, ağsaqqal kimi haqlı hesab edir.

 

"Deyim niyə: O, ahıl çağlarında biznesini (parniklərini) oğlu Elçin Ağamalıya, mandatını, partiyasını isə qızı Günay Ağamalıya miras edib. Belə bölgü aparıb övladları aralarında. Ancaq indi oğlu cığallıq edir, deyir partiya da, mandat da mənimdir. Yəni bacısına verilmiş mirası da ələ keçirmək istəyir. Fəzail Ağamalı isə ailə podratında qızına qarşı haqsızlığa müqavimət göstərir, onu müdafiə edir.

 

Mahiyyət budur.

 

Eybəcər olan isə odur ki, Fəzail Ağamalı siyasəti, mandatı miras hesab edib. Sadəcə, parniklərini, daşınmaz əmlaklarını bölə bilərdi övladları arasında.

 

Ölkəmizdə siyasi sistemdə ən ciddi problem vəzifəlilərin dövlət qulluğuna, siyasi postlara yalnız "yağlı tikə" kimi baxmalarıdır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR