Zəfər yolunun 22-ci günü: TARİXDƏ BU GÜN

Zəfər yolunun 22-ci günü: TARİXDƏ BU GÜN
Kateqoriya məlum deyil
T

2020-ci ilin 18 oktyabrında, Vətən müharibəsinin 22-ci günündə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənə məxsus çoxsaylı hərbi texnika və canlı qüvvə məhv edilmişdi.

 

Sfera.az xəbər verir ki, 2 ədəd S-300 zenit-raket kompleksi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd “Smerç” qurğusu, beşdən çox tank, bir neçə haubitsa, zenit topları və müxtəlif növ avtomobil texnikaları sıradan çıxarılmışdı. Füzuli rayonu ərazisində Ermənistan ordusuna məxsus hərbi hissə Azərbaycan bölmələri tərəfindən ələ keçirilmişdi.

 

Eyni zamanda, düşmənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçmək cəhdləri ordumuz tərəfindən qətiyyətlə dəf edilmişdi. Əməliyyatlar nəticəsində Cəbrayıl rayonu ərazisində yerləşən strateji əhəmiyyətli Xudafərin körpüsünə nəzarət Azərbaycan Ordusunun tərəfinə keçmişdi.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR