"Mən indi qardaşsız qaldım, yetim qaldım…" - Tahir İmanov

"Mən indi qardaşsız qaldım, yetim qaldım..." - Tahir İmanov
Kateqoriya məlum deyil
T

"Xanımlar və cənablar, qohumlar, analar, atalar, böyüklər və kiçiklər! İlk növbədə ailəm adından demək istəyirəm ki, Cabir çox gözəl bir ömür yaşadı".

 

Sfera.az xəbər verir ki, bunu Əməkdar artist Cabir İmanovun qardaşı Tahir İmanov sənətkarın vida mərasimində danışarkən deyib. 

 

"O, qayğıkeş, Şuşalı və Şuşasız günlərdə də hər zaman nümunəvi insan oldu. Həyatımın mənası idi. Haqqında pis sözlər danışmaq istəyən qüvvələrə baxmayaraq, Cabir hər kəsin tanıdığı nümunəvi vətəndaş, ata, oğul və nəvə idi. Mən ondan yaşca böyük olsam da, çox şey öyrəndim.

Cabir dövlət tərəfindən təltif edilmiş, sənətinə və peşəsinə dəyər qatan bir insan idi. Ali Baş Komandanımıza da təşəkkür edirəm ki, bizə bu qüruru yaşatdı. Şuşa azad olunandan sonra Cabirə çox məsuliyyətli tapşırıq həvalə edildi və o, DTX tərəfindən Şuşada həyata keçirilən mühüm işlərdə iştirak etdi. Son 5 ildə biz Qarabağ və Şuşa adı ilə yaşadıq. Hətta o, ötən il bir yaşlı övladını da Şuşaya apararaq bu sevinci yaşadı".

 

Tahir İmanov sonda bildirib:

 

"Mən indi qardaşsız qaldım, yetim qaldım… İmanovlar və Ələsgərovlar ailəsi adından hər birinizə təşəkkürümü bildirirəm".

 

Fidan Hacızadə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR