Formula 1 üzrə Azərbaycan Qran-Prisinin kuboku təqdim olundu

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin kuboku təqdim olundu
Kateqoriya məlum deyil19.09.25, 15:000 👁️
T

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin kuboku "Odlar Yurdu"na həsr olunub.

 

Bu barədə Sfera.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

 

Bildirilib ki, yarışın qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir.

 

Dünyaca məşhur dizayn şirkəti Pininfarina tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasına simvolizə edir.

 

Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. "Xan Qarabağ" motivindən götürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək Formula 1-in dinamik ruhunu milli irslə birləşdirir.

 

Qeyd edək ki, kubok final yarışından sonra qaliblərə təqdim olunacaq. Bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

PAYLAŞ
Sehliyali
Yüklənir...