Logo

Elmar Məmmədyarov Yaponiya səfiri ilə görüşdü

Elmar Məmmədyarov Yaponiya səfiri ilə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

T.Takahaşi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfir T.Takahaşiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR