Göydəniz Qəhrəmanov 15 Sentyabr – Bilik Günü Münasibətilə 18 saylı məktəbdə

Göydəniz Qəhrəmanov 15 Sentyabr – Bilik Günü Münasibətilə 18 saylı məktəbdə
Kateqoriya məlum deyil15.09.25, 14:530 👁️
T

15 sentyabr – Bilik Günü münasibətilə Göydəniz Qəhrəmanov M.Müşfiq adına 18 saylı orta məktəbi ziyarət edib. O, tədris həyatına ilk addımlarını atan birinci sinif şagirdlərini, onların valideynlərini və müəllimləri təbrik edib.

 

Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən Göydəniz Qəhrəmanov bildirib ki, bu gün hər bir uşaq və ailə üçün xüsusi əhəmiyyət daşıyır. Məktəb həyatının başlanğıcı gələcək uğurların təməlini qoyur.

 

Çıxışında o da qeyd edib ki, bu gün şagirdlərimiz xoşbəxtdirlər, çünki onlar suveren və qalib Azərbaycanın vətəndaşlarıdır. Onlar daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını hiss edirlər. Məhz bu diqqət sayəsində ölkədə təhsilin inkişafı, uşaqların sağlam böyüməsi və vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bütün şərait yaradılıb.

 

Sonda Göydəniz Qəhrəmanov balaca şagirdlərə elm və bilik yolunda uğurlar, valideynlərə isə övladlarının uğurlarını görmək sevincini arzulayıb. O, yeni tədris ilinin müəllimlər, şagirdlər və ailələr üçün xeyirli və uğurlu olmasını diləyib.

PAYLAŞ
Sehliyali
Yüklənir...