Məktəblərdə bu yeniliklər olacaq - RƏSMİ

Məktəblərdə bu yeniliklər olacaq - <span style="color:#ff0000">RƏSMİ</span>
Kateqoriya məlum deyil12.09.25, 07:000 👁️
T

Yeni tədris ilində qarşıdakı hədəflər açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” adlı tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.

 

Onu bildirib ki, hədəflərdən biri Azərbaycan dili və riyaziyyat fənlərindən IV və VI sinif monitorinqlərində, eləcə də IX və XI sinif buraxılış imtahanlarında aşağı nəticə göstərən şagirdlərin payını azaltmaq və yüksək nəticə göstərən şagirdlərin payını artırmaqdır.

 

Həmçinin, V sinifdə rəqəmsal bacarıqlar üzrə nəticələrdə zəif göstəricilərin azalmasına nail olmaq, o cümlədən IV sinif monitorinqlərində yarısından çox şagirdi yüksək nəticə göstərən ümumi təhsil müəssisələrinin sayını artırmaq, şagirdlərinin yarısından çoxu minimum tələbi ödəməyən məktəblərin payını azaltmaq hədəflər arasındadır.

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ
Sehliyali
Yüklənir...