"Müəllim sinfini təmir etmək istəyirsə bunu başa düşürük" - Emin Əmrullayev

&quot;Müəllim sinfini təmir etmək istəyirsə bunu başa düşürük&quot; -<span style="color:#ff0000"> Emin Əmrullayev</span>
Kateqoriya məlum deyil11.09.25, 09:1922 👁️
T

"Müəllim məktəbdə baş verən qanunsuzluqlara etiraz etməlidir".


Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən media brifinqində jurnalistlərin cavablandırarkən deyib.


"Əgər hansısa məktəbdə müəllim öz hesabına sinfini təmir etmək istəyirsə, qanunsuz olsa belə, bunu başa düşə bilərik. Məktəbi sökmədiyi, ümumi tikiliyə müdaxilə etmədiyi müddətcə burada problem yoxdur. Əgər hansısa məktəbdə direktor müəllimi buna məcbur edirsə, bu başqa məsələdir. Müəllim Elm və Təhsil Nazirliyinin edu.gov.az saytına daxil olaraq müraciət ünvanlayır. Biz də oxuyuruq və nazirliyin nümayəndəsi həmin məktəbə gedir, direktorla danışır. Çox vaxt bu söz şifahi deyilir və sübut olmur. Direktor da izahatında qeyd edir ki, mən elə şey deməmişəm. Bu səbəbdən həmin direktor cəzalandırılmır. Ən azından, müəllim otağı məcburi təmir etməli olmur. Təbii ki, bundan sonra direktorla müəllim arasında konfliktlər olur. Bu da bizim üçün daha çox problem yaradır",-nazir bildirib.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...