MİQ imtahanı bu şəxslər üçün pulsuz olacaq

"MİQ imtahanı hamı üçün ödənişli olmayacaq".
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən media brifinqində jurnalistlərin sualları cavablandırarkən deyib.
"60 min şəxs MİQ üçün qeydiyyatdan keçir, imtahana 48 mini gəlir. 12 min adam üçün biz əlavə xərc çəkirik. 100-200 nəfər olsa, deyərik ki, bəlkə xəstələnib, nəsə olub. Sadəcə axşam oturub deyirlər ki, qeydiyyatdan keçim, nə olar-olar. Bu, biznes maraqlı imtahan olmayacaq. Sadəcə bunun maya dəyəri var. İmtahan təşkil etmək ucuz məsələ deyil. Təxminən, 10 mindən artıq insan var ki, hər il imtahanda iştirak edir və keçmir. Bu lotoreya deyil. Ödənişsizdir deyə bu addımı atırlar. Bunu etməkdə məqsədimiz məsuliyyət yaratmaqdır. İlk dəfə iştirak edənlər və sosial qrupa aid şəxslər kimi bəzi insanlara bu imtahan ödənişsiz olacaq",-nazir qeyd edib.
Firuzə Əliyeva
Sfera.az






