Şəhidləri təhqir edən ərəbləri bu cəzalar gözləyir

Şəhidləri təhqir edən ərəbləri bu cəzalar gözləyir
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Bakıda 3 nəfər əcnəbi şəxs Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb. Yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən xiyabanda qəbuledilməz hərəkətlər etdikləri görünür.

 

İctimaiyyətin haqlı narazılığına səbəb olan həmin əcnəbilər artıq polis əməkdaşları tərəfindən saxlanılıb. 

 

Maraqlıdır, onları hansı cəza gözləyir?

 

Sfera.az xəbər verir ki, qanunlarımızda şəhidlərin təhqir edilməsi ilə bağlı xüsusi maddə və ya cəza yoxdur.

 

2021-ci ildə bu mövzu Milli Məclisdə müzakirə olunsa da, sözügedən məsələ ilə bağlı xüsusi qanun qəbul edilməyib.

 

DİN-nin Mətbuat Xidmətindən isə bildirilib ki, faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

 

Bu maddəyə əsasən, qəbir və ya meyit üzərində təhqiredici hərəkətlər edən şəxslər islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. İslah işləri iki ilədək, azadlıqdan məhrumetmə isə beş ilədək müddəti əhatə edə bilər.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR