Putin-Tramp görüşü başa çatdı, mətbuat konfransı başladı

Putin-Tramp görüşü başa çatdı, mətbuat konfransı başladı
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış edirlər.

 

Sfera.az xəbər verir ki, prezidentlər sinxron tərcümə vasitəsilə anlaşırlar.

 

Putin Trampla danışıqların konstruktiv və faydalı keçdiyini bildirib.

 

O qeyd edib ki, ABŞ-li həmkarı ilə çox yaxşı birbaşa əlaqələri var.

 

***

 

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş başa çatıb.

 

Sfera.az xəbər verir ki, görüş 3 saatdan çox davam edib.

 

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.

 

İki ölkə liderinin mətbuat konfransında çıxış etmələri gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR