Yağış, külək - Hava proqnozu AÇIQLANDI

Yağış, külək - Hava proqnozu<span style="color:#ff0000"> AÇIQLANDI</span>
Kateqoriya məlum deyil12.08.25, 05:5510 👁️
T

Azərbaycanın əksər yerlərində avqustun 12-si saat 09:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə edilib. Bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Düşən yağıntının miqdarı Astarada 14, Balakəndə 10, Lənkəranda 8, Qubada 6, Zaqatala, Qəbələ, Qaxda 5, Göyçay, Lerik, Goranboy, Ordubadda 2, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Neftçala, Yardımlı, Daşkəsən, Gəncə, Tovuz, Cəbrayıl, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm təşkil edib.

PAYLAŞ
Sehliyali
Yüklənir...