Bu gün bəzi qatarlarda gecikmələr olacaq

Bu gün bəzi qatarlarda gecikmələr olacaq

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq.

 

Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

 

"Sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamaları xahiş olunur."- deyə məlumatda qeyd edilib. Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar gün ərzində ictimaiyyətə ətraflı məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR