Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında BTE-nin şöbə müdiri Etibar Əzimov məlumat verib.

 

O qeyd edib ki, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb.

 

"Sabahdan endirimli qiymətlərimiz qüvvədə olacaq. Mağazalarımızda da, anbarımızda da kifayət qədər məktəbli forması var. Yeni endirimli qiymətlərimiz belədir - qısaqol köynəklər 12 manatdan 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar 20 manatdan 15 manata, ətək 20 manatdan 15 manata, jaket 30 manatdan 20 manata qədər ucuzlaşıb. Bu qiymətlərin siyahısı sabahdan bizim bütün mağazalarımızın divarlarından asılacaq. 2025-ci ilin sonuna kimi bu qiymətlər olduğu kimi qalacaq, bu qiymətlərin artması nəzərdə tutulmayıb. Qiymətləri azaltmağımıza səbəb saxta və ucuz satılan məktəbli formaları ilə rəqabətdə uduzmamaqdır", - deyə E.Əzimov bildirib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətinin 25 faizə qədər endiriləcəyi ilə bağlı məlumat yaymışdı.


OXŞAR XƏBƏRLƏR