Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz qalıb. Onun sözlərinə görə, Gənciyevə elektrik şok cihazları və digər ağır əşyalarla işgəncələr verilib. Aldığı xəsarətlər nəticəsində bir müddət xəstəxanaya yerləşdirilib.


Sfera.az xəbər verir ki, istintaqın həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırmasına baxmayaraq, müdafiə tərəfi ədalətin bərqərar olunmasına çalışır. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamlarla razı deyil və göstərilən təzyiqlərə baxmayaraq, özünü təqsirli saymayıb.

 

Vəkil qeyd edib ki, müdafiə tərəfi onun saxlanıldığını hələ cümə günü öyrənmişdi, lakin iki sutka ərzində Gənciyevin harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Polis şöbələri və istintaq təcridxanalarında onun bu müəssisələrdə olmadığı deyilib. Yalnız dünən axşam Gənciyevin istintaq təcridxanasında saxlanıldığı bəlli olub.
 

Vəkil həmçinin müdafiə etdiyi şəxsin sağlamlıq vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib.
 

Onun sözlərinə görə, Əhliman Gənciyev çətinliklə hərəkət edir və məhkəmə iclası zamanı ağrılar səbəbi ilə otura bilməyib. "Onun həyatı və sağlamlığı üçün narahatam. İstintaq təcridxanasında onunla mümkün qədər çox vaxt keçirməyə çalışacağam ki, mənim yanımda ona qarşı heç bir zorakı hərəkət edilməsin", - deyə vəkil bildirib.


Qeyd edək ki, məhkəmə Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçib. (Azərtac)


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...