Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Gündəm
14:00 / 28.06.2025
7093
Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb.
“Rusiya tərəfinə iyunun 27-si həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.
Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb”, - məlumatda deyilir.