"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi

"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi

"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat edib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, Lənkəranın məşhur "Nənələr" folklor qrupunun üzvü 1936-cı il təvəllüdlü Xanımbacı Quliyeva dünyasını dəyişib.

 

Qeyd edək ki, X.Quliyeva ilk dəfə yaradılan "Bacılar" adlı folklor qrupun yaradıcılarından olub.

 

O, doğulduğu Separadi kəndində dəfn olunacaq.


OXŞAR XƏBƏRLƏR