Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri görüşdü

Gündəm
11:04 / 27.06.2025
1535
Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı Mətin Gürakla görüşüb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Türk Silahlı Qüvvələrinin X hesabında paylaşım edilib.
Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib.