Dövlət Xidməti vətəndaşlara müraciət edib: "16 milyard istifadəci məlumatı sızdırılıb"

Dövlət Xidməti vətəndaşlara müraciət edib: "16 milyard istifadəci məlumatı sızdırılıb"

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vətəndaşlara müraciət edib.

 

Sfera.az xəbər verir ki, qurum müraciətində dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrə istinad edərək bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edib.

 

Məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınan ən böyük məlumat sızmalarından biri hesab olunur. Sözügedən məlumat bazasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri, dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır.

 

"Bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları (“infostealer”lər) vasitəsilə toplanılıb, onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanlb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizə və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir", - deyə müraciətdə qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırdı

2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında iştirak etmək hüququ qazanan “Şirvan” komandası bütün futbolçuları və texniki heyətlə yolları...

İsraildə raket hücumları nəticəsində 25 nəfər həlak olub

İranın İsrailə raket hücumları nəticəsində 25 nəfər həlak olub, 1 300-dən çox insan yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş nazi...

"Crocus"dakı terror aktı ilə bağlı cinayət işinin istintaqı başa çatdı

Rusiya İstintaq Komitəsi "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı cinayət işinin istintaqını başa çatdırıb.   Sfera.az xəbər ve...

Rəsmi Bakıdan Ermənistan XİN-ə- CAVAB

“Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin “İstanbul Bəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şur...

Daha üç ünvanda mindirib-düşürmə yeri yaradıldı

AYNA tərəfindən daha 3 ünvanda mindirib-düşürmə yeri yaradılıb.   Sfera.az xəbər verir ki, bunlar Rəşid Behbudov küçəsi (Rəşid Behbudov adına Azərbay...

Bu ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda qaz xətlərinin yerinin təhlükəsiz əraziyə köçürülməsi, həmçinin “Quşçuluq” qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin ye...