Əliyev Kahramanmaraşda böyük sevgi ilə qarşılandı - VİDEO


Əliyev Kahramanmaraşda böyük sevgi ilə qarşılandı - VİDEO

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının reportajında bildirilir.

 

Süjetdə deyilir ki, açılış mərasimində iştirak edənlər Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.

 

Ailələrə yeni mənzillərin açarları təqdim olunması zamanı emosional anlar yaşanıb. Təqdimat mərasimində bir uşağın əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, sonra isə Azərbaycan Prezindenti İlham Əliyevi qucaqlaması insanların üzlərində təbəssüm yaradıb.

 

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edilib. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldilib. Dövlət başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verilib.

 

Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

 

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

 

“Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

 

 


OXŞAR XƏBƏRLƏR

Məşhur rok əfsanəsi özünü klonlamaq üçün DNT-sini satışa çıxarır

Britaniyalı rok müğənnisi, musiqiçi, “Black Sabbath” qrupunun yaradıcılarından biri və üzvü olan 76 yaşlı ağır xəstə Ozzi Osburn içkilər istehsal ed...

Cənub rayonlarında işıq olmayacaq - SƏBƏB

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində 20 iyun tarixində təmir işləri aparılacaq...

Həkim olmaq istəyirik - Qəbul imtahanında maksimum bal toplayanlar

Fidan Əliyeva və Ləman Əliyeva da iyunun 1-də keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə maksimum nəticə - 400 bal toplayan abituriyentlərdəndir.  ...

Regionİranın XİN rəhbərini ÖLDÜRMƏK İSTƏDİLƏR

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) hərbçiləri bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas...

Mbappe xəstəxanaya yerləşdirildi

“Real Madrid” komandasının hücumçusu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu haqda klubun rəsmi say...

ev: İran “bir neçə həftə” ərzində nüvə silahı yarada bilər

Vaşinqton administrasiyası hesab edir ki, İran rəhbərliyi belə bir qərar qəbul edərsə, “bir neçə həftə” ərzində nüvə silahı yaratmaq imkanına malikd...