Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib

Gündəm
17:06 / 19.06.2025
2535
Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.
Sfera.az xəbər verir ki, Abdullayev Natiq Saleh oğlu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə, Həsənəliyev Fazil Əsgər oğlu Elm-Tədris mərkəzinə, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin, Kazımov Ceyhun Sultan oğlu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis təyin ediliblər.
Qeyd edək ki, təyin olunan şəxslər əvvəllər başqa idarələrin rəisləri olublar.