7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur. 

 

Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə təsis olunan bu gün hər il 7 iyunda qeyd olunur. 

 

Qida təhlükəsizliyi təkcə sağlamlığın deyil, həm də davamlı inkişafın və iqtisadi sabitliyin əsas sütunlarından sayılır.

 

2025-ci ilin devizi – “Təhlükəsiz qida – sağlam gələcək üçün birgə fəaliyyət” adlanır. Bu çağırış bütün dünyada olduğu kimi, Azərbaycanda da səslənir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu münasibətlə ölkə üzrə maarifləndirici tədbirlər, ictimai görüşlər və açıq dərslər təşkil olunur. Məqsəd – vətəndaşlarda qida təhlükəsizliyi ilə bağlı bilik və məsuliyyət hissini artırmaqdır.

 

Rəsmi statistikaya görə, hər il dünyada milyonlarla insan təhlükəli və gigiyenik olmayan qida səbəbindən sağlamlıq problemləri yaşayır. Mütəxəssislər bildirirlər ki, bu riskin qarşısını almağın yeganə yolu istehsaldan süfrəyə qədər bütün mərhələlərdə təhlükəsizlik standartlarına riayət olunmasıdır.


Son illər Azərbaycanda bu sahədə ciddi irəliləyişlərə nail olunub. Xüsusilə də idxal və ixrac proseslərində laborator nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının izlənəbilən sistemlə təmin olunması və ictimai iaşə obyektlərində yoxlamaların intensivləşdirilməsi mühüm nəticələr verib.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Tramp İlon Maska xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nət...

Rusiya Ukrayna sərhəddində 1 000-dən çox meyit qalıb

Rusiyanın Ukraynanın həftəsonuna planlaşdırılan əsir mübadiləsini təxirə salması və cəsədlərin vətənə qaytarılması ilə bağlı iddiaları doğru deyil.   ...

Almaniyada maşın izdihamın üzərinə sürüldü - Xəsarət alanlar var

Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.   Sfera.az xəbər verir ki, bu bar...

Çinlə ABŞ ticarət danışıqları keçirəcək - Görüş yeri açıqlandı

Çin Xalq Respublikasının Baş nazirinin müavini He Lifen Böyük Britaniyada səfərdə olacaq.   Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazir...

Azərbaycan millisi Gürcüstanı məğlub etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.   Sfera.az xəbər verir ki, yığma komanda İsveç...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....