“Euronews” Bakıdakı konfransdan süjet hazırladı

“Euronews” Bakıdakı konfransdan süjet hazırladı

“Euronews” telekanalı Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransa həsr olunmuş süjet hazırlayıb.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, konfrans bütün dünyada antimüsəlman əhvali-ruhiyyəsinin artmasına həsr olunub.

 

Telekanalın məlumatına görə, tədbir dinlərarası dialoqun inkişafına, əməkdaşlığın gücləndirilməsinə və qlobal fəaliyyətlərin aktivləşdirilməsinə, o cümlədən islamofobiyanın təzahürlərini izləmək üçün yeni rəqəmsal platformanın yaradılmasına töhfə verib.

 

"Azərbaycan rəhbərliyi birliyə və BMT qətnamələrinin yerinə yetirilməsinə çağırıb, insan hüquqlarının qorunması və dini dözümlülüyün saxlanılması üçün birgə qərarların zəruriliyini vurğulayıb", - süjetdə bildirilib.

 

“Euronews” Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərini sitat gətirib: "İrqçilik, ayrı-seçkilik və nifrətə əsaslanan islamofobiyanın yeni formaları meydana çıxır. Sosial şəbəkələr və bəzi KİV-lər buna böyük töhfə verir. Təəssüf ki, dünyanın müxtəlif bölgələrində radikalizm və ekstremizmə doğru tendensiya, eləcə də mövcud böhranlar və münaqişələr də buna təsir göstərir".

 

Daha sonra süjetdə qeyd olunub ki, konfransda 120-dən çox xarici qonaq iştirak edib və onlar insan hüquqlarının qorunması, dözümlülük və sosial ədalətin təmin edilməsi üçün ümumi çağırışla bir araya gəliblər.

 

"Konfrans dini tədbir olmasa da, bununla belə, dünyanın müxtəlif dini icmalarının bir çox liderlərini bir araya gətirib. Onlar birgəyaşayışın və sosial harmoniyanın əhəmiyyəti məsələlərində həmrəyliklərini ifadə ediblər", - “Euronews”un aparıcısı Ceyn Uizerspun qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Zelenski qanunu imzaladı, əhali kütləvi aksiyalara başladı - FOTOLAR

Ukrayna Prezidenti Volodimir Zelenskinin korrupsiyaya qarşı mübarizə aparan əsas qurumların səlahiyyətlərini məhdudlaşdıran qanunu imzalaması ölkədə genişmiqyas...

35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi

Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib.   Sfera.az “Qafqazinfo”a istinadə...

“Süni intellekt məni yuxusuz qoyur”- “OpenAI”nin rəhbəri

“OpenAI”nin baş direktoru Sam Altman, süni intellektin pis niyyətli şəxslər tərəfindən istifadə edilməsinin ciddi dələduzluq riskləri yaratdığını bi...

Sabah 41 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında İyulun 24-də hava şətaitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologi...

Özcan Denizə böyük şok: "Qardaşım məni məhv etdi"

Məşhur müğənni və aktyor Özcan Deniz qardaşı Ercan Denizin borcuna zamin durduğu üçün bütün əmlakını itirmək təhlükəsi ilə üzləşib. Sənətçinin hesablarına və gə...

Günün ulduz falı - Pul və şans bu bürclərlədir

Yeni günə başlayarkən göy üzü bizə müxtəlif enerjilər göndərir. Bu gün emosional sərhədlər, şəxsi inkişaf, münasibətlər və maliyyə məsələləri bürclərin gündəmin...