Zakir Həsənov hərbi hissələrdə olub - FOTO

Gündəm
11:45 / 07.06.2025
2191
Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin döyüş mövqeyində hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb.