Bağçada döyülən uşağın atası danışdı:“Pul təklif etdilər”

Bağçada döyülən uşağın atası danışdı:“Pul təklif etdilər”

“Hadisədən bir gün sonra evimə gəlib mənə 950 manat pul təklif ediblər”.

 

Sfera.az xəbər verir ki, bunu Lənkəranda bağçada fiziki zorakılığa məruz qalan uşağın atası Fuad Hüseynov deyib.

 

“Gördüm ki, başında açıq yara var. Müəlliməsi ilə əlaqə saxladıq. Dedi ki, başqa bir uşaq karandaşla vurub. Amma karandaş izi deyildi. Kamera görüntülərini açmağı tələb etdik. Əvvəlcə çəkindilər, təkidlərimizdən sonra görüntüləri açdılar. Kameraya baxanda müəlliməsi dedi ki, “mən vurmuşam, səhv etmişəm”. İddia edirlər ki, guya mən onlardan pul tələb etmişəm. Amma yalandır. Özləri hadisədən bir gün sonra gəlib mənə pul təklif ediblər. Dedilər ki, uşağın aylıq ödənişlərini geri qaytarırlar. Sonra məlumat yaydılar ki, guya uşağı 10 ay pulsuz oxutdurmuşam”.

 

Qeyd edək ki, Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib. Görüntülər sosial şəbəkələrdə ictimailəşib. Hadisə ilə bağlı araşdırma aparılır.  (Cənublu.az)


OXŞAR XƏBƏRLƏR

ADNSU-da “Qazaxıstan-Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib - FOTOLAR

Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Qazaxıstan - Azərbaycan: yeni üfüqlər” adlı beynəlxalq elmi-praktik konfrans k...

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi - FOTOLAR

Mayın 30-da İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bNazirlər Kabinetindən məlumat verilib.   İqtisadi Şuran...

Moskvada terror aktının qarşısı alındı

Rusiya İstintaq Komitəsi Moskva ərazisində ictimai yerdə terror aktı hazırlanması barədə məlumat yayıb.   Sfera.az Rusiya mediasına istinadən xəbər v...

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Xəbər verdiyimiz kimi, Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində Ford markalı yük avtomobili ilə Opel markalı minik avtomobi...

Çinin kosmik ambisiyaları bitmir: Yeni raket uğurla sınaqdan keçdi - FOTO

Çinli özəl kosmik şirkət “Space Epoch”, təkrar istifadə oluna bilən maye yanacaqlı raketini uğurla sınaqdan keçirib. Bu hadisə ölkənin kosmik texnol...

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan ...