Türkiyə Prezidenti Azərbaycana yola düşdü

Gündəm
09:55 / 28.05.2025
4084
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Sfera.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.