Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib - VİDEO

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib - VİDEO

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub.


Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli məlumat verib. 


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Xəzər” markalı, 77-LF-416 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vüsal Miriyev saxlanılıb.

 


Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılıb. Onun davranışları da şübhə doğurduğundan tibbi müayinədən keçirilib və nəticədə narkotik vasitə qəbul etdiyi müəyyən olunub.


Vüsal Miriyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə o, 20 sutka müddətinə inzibati qaydada həbs edilib.


Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR