Azərbaycan Vyetnamla iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan Vyetnamla iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə verdiyi açıqlamalarda, müsahibələrində irəli sürdüyü tezislər hər zaman diqqət mərkəzində olur. Ölkə başçısının Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi də maraqla izlənildi. Müsahibədə ifadə olunan fikirlər Azərbaycan-Vyetnam münasibətlərini tam şəkildə ifadə etməklə yanaşı, ölkəmizin qlobal arenadakı mövqeyini daha da dolğun şəkildə əks etdirdi.

 

Prezident İlham Əliyev müsahibə zamanı bildirdi ki, “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə səfərinin Vyetnam üçün olduqca böyük əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi”. Prezident İlham Əliyev qeyd etdi ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”. 

 

İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün iqtisadi artımı stimullaşdırmaqla bərabər həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.

 

Bununla yanaşı dövlətimizin başçısı vurğuladı ki,”2014-cü ildə Vyetnam Sosialist Respublikasına dövlət səfəri  və ardınca 2015-ci ildə cənab Çıonq Tan Şanqın ölkəmizə gəlişi münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Həmin vaxt Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində  Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Bu da müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi və inkişafı baxımdan effektli alındı. Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının yaradılması, siyasi məsləhətləşmələr, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti, beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığımız fonunda münasibətlər arzulanan səviyyədə davam edir”.

 

Prezident İlham Əliyev müsahibəsində bir daha bəyan etdi ki, ölkəmiz Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir. Statistik göstəriciləri şübhəsiz ki, nikbindir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub, bu göstəriciləri gələcəkdə də artırmaq üçün ciddi potensial var və neft sahəsində də qarşılıqlı fəaliyyət mövcuddur. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanan müqavilə qeyd olunanların təsdiqidir. Təkcə iqtisadi sektorda deyil, bütövlükdə Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamda fəal surətdə layihələr həyata keçirdiyini, fondun vitse-prezidenti Leyla Əliyevanın dost ölkəyə səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, o cümlədən, Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünü xatırladaraq  bunun ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığını diqqətə çatdırdı.

 

Bu dostluq və əməkdaşlıq münasibətləri fonunda Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. Azərbaycanlı bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin qurulmasında rolu, Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür.

 

Rəsmi işgüzar səfər çərçivəsində edilən birgə Bəyanatda müdafiə, təhlükəsizlik, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə, habelə mədəniyyət, idman, turizm, təhsil sahələrində münasibətlərimizi inkişaf etdirmək nəzərdə tutulub ki, bu da gələcək əməkdaşlığı genişləndirmək üçün çox böyük perspektiv imkanlar açır. 

 

Nəticə etibarilə deyə bilərik ki, hər iki dövlət arasında tarixi bu günü özündə əks etdirən münasibətlər dostluq, qarşılıqlı hörmət və davamlı strateji tərəfdaşlıq üzərində qurulub.

 

Əminliklə deyə bilərik ki, Azərbaycanla Vyetnam arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonrakı dövrlərdə daha da inkişaf edəcək.

 

Zamin Zeynal
Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini, QHT sədri


OXŞAR XƏBƏRLƏR

"Moskva və Kiyev arasında danışıqları dəstəkləyirik" - Çin XİN

Çin Ukraynada sülhə nail olmaq üçün bütün təşəbbüsləri, xüsusən də Moskva və Kiyev arasında danışıqlar təklifini dəstəkləyib.   Sfera.az “Globa...

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...